525.Az

Bu şəxslər ümumtəhsil müəssisələrində işə cəlb edilməməlidir


 

Bu şəxslər ümumtəhsil müəssisələrində işə cəlb edilməməlidir<b style="color:red"></b>

"2-15 iyun tarixlərində ümumtəhsil müəssisələrində təhsil işçilərinin işə cəlbi məktəb direktorunun tərtib etdiyi qrafik əsasında aparılmalıdır".

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin əməkdaşı Anar Mirzəzadə deyib.

Onun sözlərinə görə, həmin tarixlərdə ümumtəhsil müəssisələrinin direktorunun müəyyən etdiyi qaydada sanitar epidemioloji qaydalara əməl etməklə, təlim-tərbiyə işləri üzrə direktorlar müavinləri, sinif rəhbərləri, zərurət olduqda müəllimlər işə cəlb ediləcəklər. Öhdəsində yaşlı insanlar, 7 yaşadək uşağı olan təhsil işçilərinin gəlməsinə görə güzəşt tətbiq edilir:

“Yaşı 65-dən çox olan əməkdaşlar da bu baxımdan istisna edilir. İşlədiyi ümumtəhsil müəssisəsindən kənarda olan əməkdaşlar bu prosesə cəlb edilməməlidir”.

 





02.06.2020    çap et  çap et