525.Az

Həkimlərin sayı açıqlandı


 

Həkimlərin sayı açıqlandı<b style="color:red"></b>

2020-ci ilin əvvəlinə  ölkədə 31 800 həkim fəaliyyət göstərib.

Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, onlardan 21 mini  qadın, 10 800-ü isə kişidir. Həkimlərin 26 800 nəfəri dövlət, 5 mini qeyri-dövlət  tibb müəssisələrində çalışır.

Bildirilib ki, 2019-cu ildə rezidenturanı bitirmiş mütəxəssislərin sayı 278 nəfər olub.

 

 





03.06.2020    çap et  çap et