525.Az

Magistraturaya ayrılan dövlət sifarişli yerlərin sayı açıqlandı


 

Magistraturaya ayrılan dövlət sifarişli yerlərin sayı açıqlandı<b style="color:red"></b>

Ali məktəblərin magistraturasına 2020/2021-ci tədris ili üçün dövlət sifarişli yerlərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ali məktəblərin magistraturasına 2020/2021-ci tədris ili üçün 9758 plan yeri ayrılıb. Onlardan 3405-i dövlət sifarişlidir.

Qeyd olunub ki, ayrılan plan yerləri 178 ixtisas və 750-dən çox ixtisaslaşma üzrədir.

 





03.06.2020    çap et  çap et