525.Az

Ağcabədidə “ASAN xidmət” mərkəzi açıldı


 

Ağcabədidə “ASAN xidmət” mərkəzi açıldı <b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Trend xəbər verir ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat verdilər.

Dövlətimizin başçısı mərkəzin açılışını etdi.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşdü.

 





03.06.2020    çap et  çap et