525.Az

Yeni tədris ilində təhsil alacaq sağlamlıq imkanları məhdud uşaqların sayı açıqlandı


 

Yeni tədris ilində təhsil alacaq sağlamlıq imkanları məhdud uşaqların sayı açıqlandı<b style="color:red"></b>

Növbəti tədris ilində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəb, xüsusi internat məktəbi və ümumtəhsil məktəblərinin nəzdində xüsusi siniflərdə təhsil alacağı gözlənilən şagird sayı açıqlanıb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2020/2021-ci tədris ilində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəb, xüsusi internat məktəbi və ümumtəhsil məktəblərinin nəzdində xüsusi siniflərdə təhsil alacağı gözlənilən şagird sayı 6937 nəfərdir. Onlardan 759 nəfəri isə I sinifdə təhsil alacaq.

 





04.06.2020    çap et  çap et