525.Az

Ağcabədinin Sarıcalı kəndində yeni məktəb tikiləcək - Sərəncam


 

Ağcabədinin Sarıcalı kəndində yeni məktəb tikiləcək - <b style="color:red"> Sərəncam</b>

Prezident İlham Əliyev Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

 





04.06.2020    çap et  çap et