525.Az

“Biz birlikdə güclüyük” - Pyes müsabiqəsi


 

“Biz birlikdə güclüyük” -<b style="color:red"> Pyes müsabiqəsi</b>

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Səbail rayonu İcra hakimiyyəti, BMT-nin Təhsil, Elm və Mədəniyyət təşkilatı, Azərbaycan UNESCO Assosiasiyası, ASAN Könüllüləri Təşkilatı və “Azərbaycan” dərgisinin birgə təşkilatçılığı ilə koronavirus pandemiyası ilə mübarizə mövzusunda “Biz birlikdə güclüyük” adlı birpərdəli pyes müsabiqəsi elan edir.

Müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemləri, dünyada və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizəni sənətin mövzusuna çevirməkdir.  

Müsabiqənin şərtləri:

• Pyeslərin mövzusu koronavirus pandemiyası ilə mübarizə günlərinin ab-havasını, bu zaman kəsiyində baş verənlərin ümumilikdə ölkənin sosial, ictimai həyatına təsirini, ayrı-ayrı insan talelərində əksini ifadə etməlidir.

• Pyeslər daha əvvəl heç bir yerdə çap olunmamalı, internet resusrlarda yayımlanmamalı və səhnələşdirilməməlidir.

• Müsabiqəyə 40.000 (qırx min) işarədən artıq olmayan birpərdəli pyeslər qəbul olunur.

• Pyesin mətni üçün tələblər - şriftin qarnituru  “Times New Roman” 12, sətirlər arası interval 1, faylın formatı “doc.” A4.

• Hər müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

• Müsabiqədə yaşı 35-ə kimi olan müəlliflər qatıla bilərlər.

• Müsabiqədə iştirak edənlər iyul ayının 31-nə qədər pyesləri teatrın elektron ünvanına göndərməlidirlər. ([email protected])

• Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini (telefon nömrəsi) məktuba əlavə etməlidir.

Qeyd edək ki, təqdim olunan əsərlər teatrın təşkil etdiyi münsiflər heyəti tərəfindən  qiymətləndirilərək qalib pyes seçiləcək və əsərə bu ilin sonuna qədər teatr səhnəsində quruluş veriləcək. Həmçinin pyes "Azərbaycan" jurnalında işıq üzü görəcək.

Ən yaxşı pyeslər teatrın rəhbərliyi tərəfindən Mədəniyyət Nazirliyinə təqdim olunacaq ki, başqa teatrlarda da hazırlanması tövsiyə olunsun.

 





04.06.2020    çap et  çap et