525.Az

Gənc şairin ilk kitabı işıq üzü gördü


 

Gənc şairin ilk kitabı işıq üzü gördü<b style="color:red"></b>

Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin maliyyə dəstəyi ilə universitetin Filologiya fakültəsinin IV kurs tələbəsi Səddam Laçının "Sən"in tərifi" adlı şeirlər kitabı çap olunub.

"Mücrü" nəşriyyatında işıq üzü görən kitabın ön sözünün müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məciddir.

ADU-nun ən fəal tələbələrindən olan Səddam Laçın universitetdə fəaliyyət göstərən "Yazarlar klubu"nun sədridir. O, ötən il universitetdə keçirilən "Bir günlük xəlifə" layihəsi çərçivəsində rektor vəzifəsini uğurla icra edib. Səddam Laçın imzası ilə şeir və yazıları mətbuatda silsilə şəkildə dərc olunur.

Qeyd edək ki, "Sən"in tərifi" şeirlər toplusu müəllifin nəşr olunan ilk kitabıdır.

 





04.06.2020    çap et  çap et