525.Az

Ramin Bayramlı: "Hazırda pandemiyanın başlanğıc mərhələsindəyik"


 

Ramin Bayramlı: "Hazırda pandemiyanın başlanğıc mərhələsindəyik"<b style="color:red"></b>

Hazırda pandemiyanın başlanğıc mərhələsindəyik.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, COVİD-19-un yayılmasının qarşısının alınması üçün vətəndaşların yalnız qısamüddətli qapanmalarda olması kifayət deyil, insanlar tələb olunan qaydalara da əməl etməlidirlər:

"Bəzi vətəndaşlar bu halı ikinci dalğa kimi qəbul edirlər. Bu, belə deyil, hazırda pandemiyanın başlanğıc mərhələsindəyik”.

 





04.06.2020    çap et  çap et