525.Az

Hande Harmancı: "Peyvənd hazır olmayana qədər koronavirus davam edəcək"


 

Hande Harmancı: "Peyvənd hazır olmayana qədər koronavirus davam edəcək"<b style="color:red"></b>

Hazırda bütün dünyada koronavirusun ilk dalğası yaşanır və bu zaman dövründə biz təcrübə toplamışıq.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, peyvənd hazır olmayana qədər bu virus bizimlə hələ uzun müddət birlikdə olacaq:

"Hazırda bir çox ölkə virusa qarşı peyvənd hazırlamaq üçün cəhdlər göstərir. Ona görə də ikinci dalğanın yaranmaması üçün hər birimiz bu virusa qarşı çox ciddi davranmalı, məsuliyyətli yanaşma göstərməliyik”.

 





04.06.2020    çap et  çap et