525.Az

Həftə sonu işləyəcək qurumların nəzərinə: "Piyada gələ bilən işçilərə üstünlük verilməlidir"


 

Həftə sonu işləyəcək qurumların nəzərinə: "Piyada gələ bilən işçilərə üstünlük verilməlidir"<b style="color:red"></b>

Xidməti avtomobillə bağlı daxili imkanları olmayan müəssisələr işçilərinin işə gəlməsi üçün Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu məsələdə qurumların daxili resurslarına üstünlük verilməlidir:

“Piyada gələ bilən işçilərə üstünlük verilməlidir. Zəruri olduqda iş yeri Bakı Nəqliyyat Agentıiyi ilə müzakirə apara bilər”.

R.Bayramlı qeyd edib ki, həftə sonlarında işə gələcək bütün qurumların işçilərinə rəsmi qaydada icazə alınmalıdır.

 





04.06.2020    çap et  çap et