525.Az

TƏBİB sədri: "Ölkədə müxtəlif səbəblərdən hər gün 150-170 nəfər vəfat edir"


 

TƏBİB sədri: "Ölkədə müxtəlif səbəblərdən hər gün 150-170 nəfər vəfat edir"<b style="color:red"></b>

Ölkədə müxtəlif səbəblərdən gündəlik olaraq 150-170 nəfər vəfat edir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, dəfn üçün icazə almaq istəyənlər 102 xidmətinə müraciət etməlidirlər:

"Lakin keçən dəfə biz gördük ki, bu haldan sui-istfadə edirlər. 102 xidmətinə əsassız zəng edənlər barəsində müvafiq tədbirlər görüləcək".

 





04.06.2020    çap et  çap et