525.Az

Həftə sonu metro işləməyəcək


 

Həftə sonu metro işləməyəcək <b style="color:red"></b>

Bakı metrosu həftə sonu fəaliyyətini dayandıracaq.

Bu barədə 525.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin 2020-ci il 4 iyun tarixli “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq iyunun 6-da saat 00:00-dan iyunun 8-də saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

 





04.06.2020    çap et  çap et