525.Az

Xəzərin suyu Kür çayına qarışdı - İçməli su təminatında problem yarandı


 

Xəzərin suyu Kür çayına qarışdı - <b style="color:red">İçməli su təminatında problem yarandı</b>

Son günlərdə Xəzər dənizində küləyin sürətinin artması və Kür çayında suyun səviyyəsinin düşməsi ilə əlaqədar olaraq dəniz suyu Kür çayının şirin suyuna qarışıb.

Neftçala rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, qarışma nəticəsində Kürün aşağı axarında yerləşən Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 №-li Mayak, 2 №-li Mayak kəndlərində içməli su təminatı ilə bağlı problem yaranıb:

"Nəzərinizə çatdırmaq istərdik ki, məsələ Neftçala Rayon İcra Hakimiyyətinin nəzarətindədir və ⁣”Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə problemin aradan qaldırılması istiqamətində regional bölmələr və yerli qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir".

 





05.06.2020    çap et  çap et