525.Az

ABŞ “Taliban” mövqelərinə atəşkəsdən sonra ilk zərbələr endirib


 

ABŞ “Taliban” mövqelərinə atəşkəsdən sonra ilk zərbələr endirib<b style="color:red"></b>

ABŞ aviasiyası “Taliban” radikal hərəkatının mövqelərinə zərbə endirib.

Trend-in məlumatına görə, bu, tərəflər arasında Ramazan bayramı ilə əlaqədar əldə olunmuş atəşkəsdən sonra ilk zərbələr olub.

Qeyd edilib ki, zərbələr “Taliban” silahlılarının nəzarət-buraxılış məntəqələrinə hücumlarının qarşısını almaq məqsədi ilə endirilib.

Zərbələr Fərəh və Qəndəhar əyalətlərində reallaşdırılıb. Hadisə nəticəsində həlak olanların olub-olmaması barədə məlumat verilmir.

 





05.06.2020    çap et  çap et