525.Az

Fəaliyyətinə icazə verilənlər bu halda küçəyə çıxa biləcəklər


 

Fəaliyyətinə icazə verilənlər bu halda küçəyə çıxa biləcəklər<b style="color:red"></b>

Nazirlər Kabineti yanında Operativ Qərargahın “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarın qüvvəyə minməsi ilə əlaqədar bu gündən 8 iyun saat 06:00-dək fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.

Qeyd edək ki, “icaze.e-gov.az” portalı artıq aktivləşdirilib.

 





06.06.2020    çap et  çap et