525.Az

"Formula-1" üzrə Azərbaycan Qran-prisi rəsmən ləğv olundu


 

"Formula-1" üzrə Azərbaycan Qran-prisi rəsmən ləğv olundu<b style="color:red"></b>

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğvi rəsmən açıqlanıb.

Qol.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin yaydığı bəyanatda bildirilir:
 
"Böyük təəssüf hissi ilə bildiririk ki, COVİD-19 koronavirus pandemiyası səbəbindən Formula 1 Azərbaycan Qran Prisi 2020 ləğv olunur. Sevimli yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli Formula 1 azarkeşlərinin, həmçinin Formula 1 əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq".

Qeyd edək ki, 5-7 iyunda Bakıda keçirilməli olan yarış başqa vaxta təxirə salınmışdı.

Əlavə edək ki, Azərbaycan Qran-prisindən əlavə, Yaponiya və Sinqapurdakı yarışlar da ləğv olunub.

 





12.06.2020    çap et  çap et