525.Az

Ədəbiyyat İnstitutu ilə “Ədəbiyyat qəzeti”nin əməkdaşlığı davam edir


 

Ədəbiyyat İnstitutu ilə “Ədəbiyyat qəzeti”nin əməkdaşlığı davam edir<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Azərbaycan Yazıçılar Birliyinin “Ədəbiyyat qəzeti”nin birgə əməkdaşlığı davam edir.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə töhfə olaraq “Ədəbiyyat qəzeti”nin bir nömrəsində Ədəbiyyat İnstitutunun təşəbbüsü ilə uşaq ədəbiyyatına aid tədqiqlər yer alıb.

Qəzetin ilk səhifəsi “Uşaq ədəbiyyatı” sərlövhəsi ilə verilib.

Qeyd edək ki, filologiya elmləri doktoru Elnarə Akimovanın rəhbərliyi ilə Ədəbiyyat İnstitutunda “Uşaq ədəbiyyatı” şöbəsi fəaliyyət göstərir.

“Ədəbiyyat qəzeti”nin sözügüdən sayında AYB-nin sədri Anarın “Uşaq ədəbiyyatımızın qaynağı folklorumuzdur” adlı məqaləsi yer alıb. Həmçinin “Muradın nağılları” adlı kitabı haqqında məlumat verilib.

Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin isə “Uşaq dünyasında ədəbiyyat və uşaq ədəbiyyatı dünyası” məqaləsi də qəzetin həmin nömrəsində işıq üzü görüb.

Bundan əlavə, İ.Həbibbəylinin “Ay mənim nəvələrim” sərlövhəli şeiri də qəzetdə çap olunub.

 





13.06.2020    çap et  çap et