525.Az

"Ulduz"un yeni sayı çıxıb


 

"Ulduz"un yeni sayı çıxıb<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı "Ulduz" jurnalının may buraxılışı işıq üzü görüb. Jurnal mərhum şair Fərqanə Mehdiyevanın şeirlərilə açılır.

Jurnalın bu nömrəsində Qulu Ağsəsin şair Fərqanə Mehdiyevanın əziz xatirəsinə həsr etdiyi "Yeddi il və yeddi gün" başlıqlı məqaləsi, Məhsəti Musa, El Roman, Əkbər Qoşalı, Səfər Fuad, Hümmət Şahbazi, Zahid Sarıtorpaq və Cavid Fərzəlinin şeirləri yer alıb.

Bununla yanaşı, Cəlal Bəydilinin tərcümə etdiyi "Qısa fikirlər xəzinəsi" başlığında aforizmlər seriyası, Aslan Quliyevin tərcüməsində Bəxtiyar Aslanın "Nəqliyyat" məqaləsi, Təranə Vahidin tərcüməsində İmdat Avşarın "İtmiş bahar nərgizi" yazısı, Məhəmməd Nurinin fars dilindən tərcümə etdiyi Ehsan Pərsa, Əlirza Rövşən, Həsən Azəri, Sabir Haka və Elham Eslaminin şeirləri, Afaq Şıxlının tərcüməsində yazıçı, dramaturq Nikolay Liqudinovun "İldegis haqqında əfsanə" yazısından hissələr, Sevil Gültənin ingiliscədən tərcümə etdiyi Ralf Henri Barbourun "Ölüm yatağında etiraf" yazısı var.

Elnarə Qaragözovanın "Kafkanın "prosesində" parobolalar" adlı yazısı "Tribuna" bölməsində dərc olunub. Dalğa Xatınoğlunun "Modern ədəbiyyatın rolu" yazısında isə müasir ədəbiyyatın bu sahədəki rolu barəsində söhbət açılır.

Həmçinin, oxucular Rövşən Yerfinin "Axır Nəfəs", Günel Mehrinin "Qadın" və Sadıq Qarayevin "Mövcudluq şükranlığı" adlı yazılarını jurnalın bu nömrəsində oxuya biləcəklər.

"Dərgidə kitab" rubrikasında Günel Natiqin "Ömür", "P.S əvəzi"ndə isə Günay Səma Şirvanın "Həyat kitabını özü yazanlar" yazısı yerləşdirilib.

Azad NURİYEV

 





17.06.2020    çap et  çap et