525.Az

Yevgeni Yevtuşenkonun "Heminquey" şeiri - Səyavuş Məmmədzadənin tərcüməsində


 

Yevgeni Yevtuşenkonun "Heminquey" şeiri - <b style="color:red">Səyavuş Məmmədzadənin tərcüməsində </b>

HEMİNQUEY

Hava limanında pivə içirdik,
Vaxtımız var idi, şərait əla.
Gözləmə salonu turistlə dolu
Əcnəbi bir qoca göründü birdən,
Əynində papaqlı, yaşıl gödəkcə,
Sifəti codlaşıb sərt küləklərdən
İri addımlarla kütləni yardı,
Saqqalı üzündə elə bil qardı.
Sanki izdihamı o şumlayırdı
Beləcə yanaşdı o, satıcıya,

Ölənləri unutmaq olmaz - Yevgeni Yevtuşenko

"Nu, - dedi, - mənə bir rus arağı...
Satıcı heyrətlə süzdü qonağı:
 Əlləri iridi, dərisi çat-çat
İri ayaqları patavalıdı
"Necə də oxşayır Heminqueyə" -
Bu sözü astadan bir dostum dedi.
Qonaqsa bir anda gözlərdən itdi.
Sonra eşitdim ki, dostum düz demiş-
O patavalı qoca Heminqueymiş...

Yevgeni YEVTUŞENKO

525-ci Qəzet - Elmira Axundovaya - Səyavuş Məmmədzadənin şeiri

 





18.06.2020    çap et  çap et