525.Az

Həyat hekayələri


 

Həyat hekayələri<b style="color:red"></b>

GÖZ YADDAŞI

Yaradanıma çox-çox minnətdaram ki, görmək üçün mənə bir cüt göz verib. Onun mənə bəxş etdiyi bu bir cüt gözün bircə anda çəkdiyi mənzərələrin yarısını belə dünyanın ən mahir fotoqrafı çəkə bilməz. Bu, Tanrının insanlara verdiyi ən böyük nemətdir. Sizin kimi mənim bu bir cüt gözümlə çəkdiyim şəkillər hüdudsuzdur. Tanıdığım, tanımadığım saysız-hesabsız insan mənzərələri, böyük-böyük şəhərlər, təbiətin əsrarəngiz mənzərələri köçüb gözlərimə. Əlbəttə, gözlərimin çəkdiyi mənzərələr içində məni için-için ağrıdan, sızladan olaylar da var. etmək, hər gün bayram olmaz. Əgər Allahın bizə bəxş etdiyi bu bir cüt göz olmasaydı, gecənin bir aləmində yurd həsrətiylə yuxum ərşə çəkiləndə divanda oturub əlim çatmayan, ünüm yetməyən işğal olunmuş şəhərlərimizi, kəndlərimizi... necə seyr edərdim?! Mən təkcə seyr etmirəm, yurdundan didərgin düşmüş insan köçünü yad edib qəlbimdə dünyanı idarə edənlərə üsyan edirəm.

  01.03.2003

 

ŞƏLƏ

Rəhmətlik babam bir gün atama deyir ki, ağzın isti yerdədi, hələ şələli oturmamısan. Atam da babama cavab verir ki, ay dədə, axı niyə şələli otururam, açıb qoyaram yerə, oturaram üstündə. Babam da atama deyir ki, mən sənin kimi fikirləşirdim. Elə ki evləndim, başa düşdüm ki, bu şələ o şələdən deyil, bu ailə şələsidi, onu yerə qoymaq olmur, onu gərək ömrün boyu kürəyində gəzdirəsən.

  Ata-babamın bu şələ söhbəti hələ yadımdan çıxmayıb. Birisi məndən soruşdu ki, necəsən? Dedim, sağ ol, yaxşıyam, şələli yatıb, şələli dururam. O da şələsiz olduğundan gülə-gülə dedi ki, şələni qoy yerə, rahat yat. Dedim, ey şələsiz, fikir şələsini açıb yerə qoymaq sənə eləmi asan gəlir?! Səni bilmirəm, mənim şələm gün-gündən ağırlaşır, onu yerə qoymaq mümkün deyil. Bir çalış öz şələni özün götür, başqasına yükləmə.

  08.02.2003

 

QARAGİLƏ

Onun yeri şəhər xiyabanının lap girəcəyində idi. Doğrusu, “bu yeriməsələsi bir az şişirtmə oldu. Çünki əsl həqiqətdə onun nəinki yeri, heç ayaqqabı silməyə balaca bir köşkü yoxdu. Sadəcə, müştərinin oturması üçün bir stul, ayaq qoymaq üçün daxılı olan taxta yeşiyi, özünün əyləşməsi üçün kiçik bir kətili vardı. Onun üçün müştərini razı salmağaayaqqabısına maz çəkib, məxmər parça ilə parıldatmağa bu da kifayət idi. Əlbəttə, bu işləri xudmani bir köşkdə görmək daha münasib olardı, köşkün divarlarını məşhur xanım müğənnilərin gözoxşayan şəkilləri ilə bəzəyərdi, balaca bir elektrik peçi alardı, bu peçin üstündə daim pürrəngi çay buğlanardı... Ancaq bunlar onun üçün heç vaxt yerinə yetməyən istəkdən başqa bir şey deyildi. Onun əbədi yeri açıq havada, qovaq ağacının kölgəsində idi. Yaz gələndən yerə qrov düşənə kimi bu qovaq ağacının altında olardı. O, artıq bu şəraitə öyrəşmişdi. Bu balaca şəhərdə uşaqdan böyüyə hamı onu tanıyırdı. Müştəri sarıdan da heç bir nigarançılığı yox idi. Cavanların çoxusu onun qarşısında oturub, ayaqqabısını sildirmək üçün balaca taxta yeşiyin bu taxta yeşiyin gözündə qırmızı, sarı pastalar, ayaqqabı şotkaları olardıüstünə qoyanda məqsədləri yalnız ayaqqabılarını təmizlətmək yox, həm onun baməzə söhbətlərini, atmacalarını, sancmalarını eşitmək istəyi idi. Heç kəs onu öz adıylaHüseyndeyə çağırmırdı, hamı ona sadəcə, Qaragilə deyirdi. Ona bu adı kim vermişdi, niyə vermişdi, heç kəs bilmirdi, amma o bu adla hamıya doğma idi. Deyirdilər ki, həmişə çaxır içdiyinə görə ona Qaragilə deyirlər.

Doğrudan da, Qaragilə həmişə hallı olurdu. Çünki gündə ən azı bir stəkan çaxır içirdi. O bir stəkan çaxırı içməsəydi bağrı çatlayardı. Gərək tapıb içəydi, ya kimsə onu şəraba qonaq eləyəydi.

Deyirdilər ki, Qaragilə İkinci Dünya müharibəsinin iştirakçısı olub, kontuziya alıb, ona görə belə laübalı həyat sürür. bilim, yaxşı oğul-uşağı var, amma Qaragilədən əllərini üzüblər, onu şərabdan ayıra bilirlər, ayaqqabı silmək peşəsindən.

Qaragilənin kefi kök olanda xırıltılı səsləQaragiləmahnısını oxumağı xoşlayardı:

Təbrizin küçələri dolanba dolan,

Qaragilə, dolamba dolan.

sənə qız qəhətdir, mənə oğlan,

Qaragilə, mənə oğlan.

Əgər məni sevmirsən, get, ayrı dolan,

Qaragilə, get, ayrı dolan...

Nədənsə, bu mahnını oxuyanda Qaragilənin gözü yol çəkərdi. Hətta hərdən kövrələrdi . Onda əllərini günlərlə yuyulmayan, amma bir tükü düşməyən cod saçlarında gəzdirib burnunu çəkərdi. Bu ona işarəydi ki, Qaragilə kövrəlib, daha Qaragiləni saxlamaq olmaz, çox sevdiyi Cavid əfəndidən şeirlər söyləyəcək.

Hər qulun cahanda bir pənahı var,

Hər əhli-halın bir qibləgahı var,

Hər kəsin bir eşqi, bir Allahı var,

Mənim tanrım gözəllikdir, sevgidir.

Belə hallarda Qaragilə tamaşaçısının çoxaldığını görüb daha da coşardı:

Qadın! Ey sevgili, şəfqətli mələk!

Bu qədər səbrü təhəmmül demək?

Qaragilə bəzən vəcdə gəlib əməlli-başlı goplayardı:

Cavid əfəndini əncir ağacının altında güllələtdirəndəhalbuki Cavid Əfəndi güllələnməmiş, Sibirə sürgün olunmuşduona deyiblər ki, son sözünü deginən. O da üzünü o sarıqulaqlararus əsgərlərini nəzərdə tuturdututub demişdi:

Ya rəbb, bu dəhşət, fəlakət?

Ya rəbb, bu vəhşət, zəlalət?

Yox kimsədə insafü mürüvvət,

İblisəmi uymuş bəşəriyyət!?

Çox vaxt əli qapqara çəkmə mazına batmış bu adsız-sansızaktyoristi yay gecələrində öz sevimli xiyabanında skamyalardan birinin üstündəcə yatardı. Həmişə sür-sümük, çörək qırıntısı atdığı sahibsiz süləngi itlər sanki həyan olmaq üçün gəlib onun yanında şöngüyərdilər. Bəzən gecəovunaçıxan sovet milisləri onu maşınlarına basıbQaragilə bu milis maşınınaİt maşınıadını qoymuşduşöbəyə aparardılar, onu ya bir sutka, ya da bir gecə orada yatırdar, səhəri gün yenə azadlığa buraxardılar. Bəzən Qaragiləni şöbəyə, sadəcə, məzələnmək üçün aparardılar. Onu dilləndirmək üçün qəsdən sataşardılar:

Qaragilə, sən öləndə qəbrini harda qazdıraq?

Anayın qucağında.

Ha-ha-ha, – gülüş səsləri gecənin sükutunu pozardı. – Ə, bir o Cavid əfəndidən de görək.

Qaragilə qalxardı ayağa, baxmazdı, şöbədə, millis işçilərinin qarşısındadı, üst-başının tozunu çırpardı. Gözünü qıyıb milis işçilərini zənlə süzərdi, onlara lupa arxasından baxan sayaq baxıb deyərdi:

Yurdu sarmış qabalıq, yaltaqlıq,

Yüksəliş varsa, səbəb alçaqlıq.

Milislər çaşqın-çaşqın bir-birinə baxardılar:

danışır, ə, bu? Ə, sən Allah götürün bunu aparın atın çəkmə yeşiyinin yanına. Ağzından qan iyi gəlir zalım oğlunun, – deyə qorxardılar.

Beləcə, Qaragiləni təzədən maşına oturdub sevimli xiyabanına gətirərdilər. Qaragilə baxıb görərdi ki, ona məxsus olan şeylərə heç əl toxunmayıb. Doğrudan da, o olmayanda onun ərazisinə girən, onun şeylərini götürən olmazdı. Qaragilə başı işkidən ayazıyanda şəhər əhalisinin ona olan bu sevgisinə, sədaqətinə mat qalardı. Şəhərdə kirpikdən tük çəkən oğlanlar vardı ki, Qaragilə ilə işləri olmazdı.

Qaragilənin adamın yeddi qatından keçən latayır lətifələri vardı ki, boz qatıra yükləsən, götürəmməzdi. Şəhərdə onun qədər məşhur, həlim ziyansız ikinci bir adam yoxdu. Onu lap cavan yaşlarından tanıyanlar Hüseyn müəllimdeyə müraciət eləyərdilər belə anda Qaragilənin qalın qara qaşları altında parıldayan gözləri yaşla dolardı.

Yaxın qonşuları danışırdılar ki, Qaragilə müharibədən qabaq məktəbdə dərs deyirmiş, tarix müəllimiymiş, müharibədə kontuziya alıb qayıtdıqdan sonra onun şagird qabağına çıxmasını məsləhət bilməyiblər. Beləcə, həyatdan, taleyindən inciyib-küsən tarix müəllimi olub çəkməsilən, sonra da çaxır içə-içə Qaragilə. İş burasındadır ki, bəlkə , Qaragilə tarix müəllimi olsaydı bu qədər tanınmaz, bu qədər sevilməzdi. Bu da həyatın yazılmamış qanunudur...

Qaragilə beləcə Cavid əfəndidən şeir deyə-deyə, “Qaragiləmahnısını oxuya-oxuya bəzən evində isti yorğan-döşəkdə, bəzən milis şöbəsində, bəzən sevimli xiyabanında gecələyə-gecələyə uzun bir ömür sürmüşdü. ilıq bir bahar axşamında QaragiləMənim tanrım gözəllikdir, sevgidirdeyib gözlərini qapamışdı.

Şəhər əhli uzun müddət onu sevimli xiyabanda, qovaq ağacının altında görməyəndə bərk darıxdı. Amma bilmədilər ki, müharibədə kontuziya almış Qaragilə evindəmi, milis şöbəsindəmi, yoxsa sevimli xiyabanındamı dünyasını dəyişib.

İllər ötdü, şəhərin çox mənəm-mənəm deyən oğlanları, varlı-karlı adamları, hökmlü, iddialı məmurları gəlib-getdilər, dünyalarını dəyişdilər, ancaq ucaboylu, həmişə məstixumar, üzügülər Qaragilə qədər xatırlanmadılar...

10.12.2013

 

İTBURNU

Qanuna itaət fəzilətdəndi. Məni fəzilətsizliyə dəvət etməyin.

Sokrat

 

Osmanlı sultanı axır vaxtlarBaş nazirindən, yəni Sədri-əzəmindənİtburnu ləqəbli Əhməd paşadan çox narazı idi. Sultanın kin-küdurəti günbəgün artaraq qarşısıalınmaz nifrətə, qəzəbə çevrilmişdi. Artıq İtburnunu görəndə ovqatı pozulurdu. Sədri-əzəmi ilə necə rəftar etməyin yollarını arayırdı. Uzun illər xidmətində olan adamla elə-belə, tez-tələsik üzülüşmək heç asan məsələ deyildi. Sultanın gündüzlər başı işə-gücə qarışırdı, elə ki axşam düşür, gecə öz yatağına girirdi, Əhməd paşanın o gül camalıqaya üstə bitən itburnunu xatırladan sifəti gəlib bitirdi gözlərinin qabağında. Nəhayət, sultan qərara gəldi ki, Sədri-əzəmlə xudahafizləşsin.

Səhər açıldı. Osmanlı sultanı taxtında oturub Əhməd paşanı hüzuruna çağırtdırdı. Əhməd paşaxeyir oladeyib qaçaraq sultanın hüzuruna tələsdi. Yazıq İtburnu qapını açıb içəri girəndə sultanı qaşqabaqlı görüb ayaq saxladı. Salam verdi, sultan salamını almadı. Ağır bir sükutdan sonra sultan üz-gözünü turşudub dedi:

Əhməd paşa, daha mənimki səninlə tutmaz. Vəzifəndən azadsan, vaxt itirmədən sarayı tərk elə.

Əhməd paşa baş əyib otaqdan çıxdı. Ürəyində sultana irad tutulası, yerində oturdulası sözü çox idi, amma can qorxusu onu susmağa vadar elədi. Evinə gəlib başına gələnləri arvadına danışdı. Vəzifənin gəldi-gedər olduğunu, amma bunca xidmətdən sonra saraydan qovulmasını heç cür sınra bilməyəcəyini söylədi. Dedi ki, gərək bir müddət gözə dəyib, könül bulandırmayam, başqa bir yerə gedəm, ara sakit olanda qayıdaram. Bəlkə, bir müddətdən sonra sultanın ona qarşı olan qəzəbi soyuyar. Paşanın arvadı da əlacsız qalıb ərinin onları tərk etməsinə etiraz eləmədi.

Əhməd paşa vaxt itirmədən bir qədər azuqə götürüb atlandı arvad-uşağı ilə sağollaşıb ayrıldı.

lll

Sədri-əzəm Əhməd paşa sarayı tərk edəndən sonra sultan onu salamat buraxdığı üçün özünü qınadı. Fikirləşdi ki, ilanı yaralayandan sonra onu buraxmaqmı olar? Düzdü, hakimi-mütləq olan Osmanlı sultanının qarşısında Əhməd paşa kim idi ki, yel qayadan aparardı... Amma hər halda, Əhməd paşa üstü açılması məsləhət bilinməyən çox-çox sirlərin şahidiydi. Xalq arasında dilə-dişə düşmək istəmədi sultan. Cəlladını çağırıb tapşırdı ki, bir nəfər götürüb elə bu gecə o Əhməd paşadı, İtburnudu, nədi, onu qətlə yetirsin.

Cəllad sağollaşıb Əhməd paşanın hansı səmtə getdiyini öyrəndi bir nəfər dostu ilə atlanıb onun ardınca getdi.

Cəlladlar bütün gecəni yol getdilər. Dan yer ağaranda bir nəfərin atdan düşüb çəmənlikdə namaz qıldığını gördülər. Cəlladlar namaz qılanın Əhməd paşa olduğunu görüb atdan düşdülər. Gözlədilər ki, dünənə qədər Osmanlı sultanının Sədri-əzəmi olmuş Əhməd paşa namazını qılıb qurtarsın. Nəhayət, Əhməd paşa ayağa qalxdı, dizlərinin otunu-tozunu çırpıb, çalmasını düzəltdi  çox yaxşı tanıdığı cəlladlar cəlladını qarşısında gördü.

Cəllad onlardan başqa kimsənin olmadığı səhraya baxıb dedi:

Əhməd paşa, yadındadırsa, mən sizdən çox yaxşılıqlar görmüşəm. Sultanımız məni sizi qətlə yetirməyə göndərib. Mən çox başlar kəsmişəm, o dünyada Yaradanın qarşısında cavab verəcəyimi bilmirəm. Amma vaxtilə mənə göstərdiyiniz xeyirxahlığa görə sizi qətlə yetirmək istəmirəm. Burada başqa adam yoxdur, sizsiniz, mənəm, bir dostumdur. İnşallah sultan da bu işin əsl nəticəsindən xəbər tutmaz, fürsət varkən qaçın gedin!

Əhməd paşa şehli çəmənliyə baxdı, böyürtkən koluna soxulmuş boz sərçələrin civiltisinə qulaq asdı, başını qadırıb günəşi seyr etdi, ona rəhmi gələn cəllada baxdı, xeyli sükutdan sonra:

Xeyr, xeyr! Razı ola bilmərəm ki, sultanın əmrinə itaət etməmək bidəti məndən başlasın! – deyib başını cəlladın qarşısına uzatdı. – Sultanın əmrini yerinə yetir, vur boynumu!

Bir an sonra çalmalı başı yerə dığırlanan Əhməd paşahamının daldada İtburnudeyə çağırdığı bu Sədri-əzəm ömrünün son dəqiqələrində belə anlamamışdı ki, qanun şahdı, şah qanun deyil.

Həqiqətən, onunla lazım gələndə kimlərinsə meyvəsini yığdığı, yaxud kəsib çəpərə vurduğu, ocaqda yandırdığı qaya üstə bitən itburnunun heç bir fərqi yoxdu.

11.12.2013

 

UNUDULMUŞ

Vaxt vardı ki, ancaq məclislərin başında olardı. Toylar, konsertlər onsuz keçməzdi. Adı dillərdə dastandı. Oxumağından, səsindən zövq alırdılar. Sənətini dəyərləndirdilər, fəxri adlar verdilər. Yaşa dolub qocaldı, toylardan, konsert salonlarından əl-ayağı yavaş-yavaş yığışıldı. Beləcə, gözləri baxa-baxa unuduldu.

19.02.2003

 

SƏNƏ OXŞAYAN...

Bir nəfər fotoqraf Hüseyndən iki gün qabaq çəkdirdiyi şəklini istəyir. Hamının baməzə adam kimi tanıdığı Hüseyn halını pozmadan deyir:

Ə, qaqaş, sənə oxşayan bir şəklim var, tələsirsənsə, verim apar.

19.02.2003

 

HİKKƏ

Mənim tanıdığım balacaboy kişi çox hikkəli adamdı. Onu həmişə nədənsə, kimdənsə narazı görürdüm. Nəsə dinclik tapmırdı, həmişə yumurtası tərs gəlmiş toyuq kimi ora-bura vurnuxurdu. Zalım oğlunun iddiası da yerə-göyə sığmırdı. Hərdən mənə elə gəlirdi ki, o, hikkə adlı özündən yekə bir şeyi qucağına alıb harasa aparır, aparır... sonda gücü çatmayıb taqətsiz halda yolun ortasında yerə qoyub dizini qatlayıb oturur. Ancaq nəfəsini dərər-dərməz yenidən özündən yekə hikkəsini qucağına alıb düşür yolun ağına. Baxıram onun hirsindən səyriyən sol yanağına, daim tüpürcəkli olan ağzının cənahlarına, dağınıq cod saçına, ütüsüz şalvarına, qolu uzun pencəyinə, balaca boyunayazığım gəlir ona. Amma onun özünə yazığı gəlmir. Haq-nahaq, hikkəsini yerə qoymur ki, qoymur. Onu öldürsə, hikkəsi öldürəcək.

27.07.2005

 

AĞLAYAN GÖZ

El üçün ağlayan gözsüz qalarməsəlini eşitmişdim, doğrusu, elin belə nataraz bir tutmasına inanmamışdım. Şişirtmədi, belə bir şey olmaz, demişdim. Necə ola bilər ki, el onun yolunda canını fəda eləyən birisinin vurub gözlərini çıxartsın? Ancaq zaman keçdi, beş-on nəfərin bir millət fədaisini necə yavaş-yavaş, asta-asta, usta-usta həyatdan, mübarizədən bıqdırıb, çiyrəndirib yorğan-döşəyə saldıqlarının, nəhayətdə öldürdüklərinin şahidi oldum. Elin gözü baxa-baxa topsuz-tüfəngsiz millət fədaisini beş-on nəfər çərlədib öldürmüşdü.

Bir gün sonra bu millət fədaisinin cənazəsi başında fəxri qarovul dayanmışdı. Dəhşət burasındaydı ki, elin gözü qabağında millət fədaisinin cənazəsi başında fəxri qarovul da, onu topsuz-tüfəngsiz öldürənlər qollarına qara lent bağlayıb, sifətlərinə kədər maskası taxıb növbəyə durmuşdular. Mərhumu şəkər eləyənlərdən birisi onun doqquz yaşlı qızının yanağına süzülən göz yaşlarını silib, xurmayı saçlarını tumarlayırdı. İblisin dabbaqda da gönünə yaxşı bələd olan el onun bu humanistliyinə həqarətlə baxırdı. El baxa-baxa el üçün ağlayan göz təkcə gözünü yox, canını da itirmişdi.

09.05.2003

   

MASKA

Səhər tezdən evdən çıxanda hərə üzünə bir maska taxır. Kimi mələk, kimi qəhrəman, kimi ifritə, kimi təlxək, kimi ikiüzlü, kimi yaltaq, kimi comərd, kimi məzlum... İndi oğulsan, bu saysız-sonsuz maska gəzdirənlərin əsl sifətini gör. Elə özününkünü ...

09.03.2004

 

HAVA

Tərslikdən günaşırı rastlaşırıq. Üz-gözü gülür, sevincindən, şadlığından aşıb-daşır. Sanki oğlunun toyudur, qızı gəlin köçür... istəyirsən boynuna sarılıb təbrik eləyəsən. Çifayda, ağzını açan kimi damarlarında qanın donur. Siqaretini damağına alıb alışqanla alışdırır, tüstüsünü burun pərlərindən, sonra da ağzından dalğa-dalğa havaya buraxıb saralmış lopa bığına əl çəkir bir addım irəli durub söhbətə ilmə atır:

Necəsən? var, yox?

Şükür! Sən necəsən?

Sağ olginən, yaxşıyam. Arzuma çatmışam.

Yoxsa oğlunu evləndirmisən, xəbərimiz yoxdur?

Yox, əşi. Oğuldu , vaxt istəsə, evlənər.

Nəsə kefin kökdü.

Niyə olmasın. Rəqibimi işdən çıxartdırmışam.

Qollarım yanıma düşür. Deyəcəyim sözlər boğazımda şəhid olur.

, , anasını ağlar qoydum, sənin canın üçün, köpəkoğlunun torbasını elə tikmişəm ki, ordan çıxmağı qaldı İsrafil surunu çalan günə.

O günü hələ görən yoxdu, qonşu.

Sevincək dedi:

Olmayacaq da!

Ay qonşu, səni vaxt görürəm, üçünsə bəd xəbər eşidirəm...

Qaşları çatılır:

Booy, inciyərəm a, müəllim, mən bəd xəbər söyləyənəm?

Əşi, demək istəyirəm ki, heç bir kasıbın qənədindən yapışdığın, işə düzəltdiyin, ağzıbirdən çıxartdığın yetim yoxdu?..

Ə, müəllim, vallah lap qəribə adamsan ey... A kişi, mən yetim güdənəm. Başına söz qəhətdi... Sənin o üzbəüz qonşun var ey, oCip gəzən.

, nolub ki?

Heç, göynən gedir, gərək vurub salam yerə...

Ayrıldıq. Sanki havam çatmırdı. Zalım oğlu havanı əməlli-başlı zəhərləmişdi.

09.03.2004

 

TƏƏSSÜF

Səhər-səhər dayanacaqda onunla üz-üzə gəldik. Adını bilməsəm , tez-tez qarşılaşırıq. Bir məhəllənin sakinləriyik. Qılıqsız, adamayovuşmaz olduğum üçün adını-soyadını da soruşub öyrənməmişəm. O isə mənə, sadəcəmüəllimdeyir. İndi səhər tezdən, yazın təzəcə girdiyi, qanın qaynadığı bir vaxtda ağzını xeyirə açmadı:

Vəli müəllimi işdən çıxartdılar.

Olan işdi, – dedim.

Hüseyn Cavidin İblisini repertuardan çıxarıblar. Hansı zəmanədi, kimdiİblisə baxmağa gedən.

Təəssüf. İbrətli əsərdi, qanan olsa, ondan çox şey əxz eləyər.

Müəllim, vallah qəribə adamsan, sevinənlər var, sən təəssüflənirsən.

Cavidi ancaq iblis xislətli adamlar sevməz.

Alimanə görkəm alıb nırçıldadı:

Bu Cavid əfəndi çox həssas yerlərə toxunub . Ona görə onu 37- sürgün elədilər.

O kişi konkret kimin ünvanına daş atıb ki?..

Denən hansı əsərində daş atmayıb...

Məsələn?

Deyim . “Topal Teymurunu oxumusan?

Əlbəttə.

Yadındadı, əsərin sonunda Topal Teymurun məğlub etdiyi Osmanlı sultanı Yıldırım Bəyazidə dedikləri?

Bəli, – dedim aktyor sayağı Teymurun son sözlərini söylədim. – Teymur Yıldırımın gözünün içinə baxıb belə deyir: “Heç maraq etmə, Xaqanım! Sən kor bir abdal, mən dəli bir topal! Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə sənin kimi bir kor, mənim kimi bir topal müsəlləf olmazdı”.

Müsahibim özündən çıxdı:

Görürsən, ə, belə demək olar heç. O zaman ölkədə o qədər başında kor, şil, topal olub ki... Deyirəm , ağrımayan başına dəsmal bağlayıb, onun-bunun bostanına daş atıb, axırda da yollayıblar Sibirə...

Yaxşı ki, Cavid əfəndi sağ deyil.

Rəhmətliyin oğlu, sağ olsa, olacaqdı?..

Təzədən göndərərdik Sibirə.

Yaxşı ki, mənim marşrut avtobusum gəldi, yoxsa bu söhbətin axırı çox pis qurtaracaqdı.

10.03.2004

 

MİRİ QƏLƏT ELƏYİB

ŞamaxıdaBeytüs-Səfaşeir məclisində belə bir adət var imiş ki, hər dəfə toplaşanda şairlərdən biri öz təzə yazdığı qəzəllərini oxuyarmış. Seyid Əzim Şirvaninin iştirak etdiyi bu məclisdə onun Miri adlı bir uzaq qohumu da iştirak edirmiş. Şairlərin hamısı növbə ilə öz məharətlərini göstərsələr , Miridən səs çıxmırmış, bir küncdə oturub təsbehini çevirər, saqqalını sığallaya-sığallaya şairlərə qulaq asarmış. Bir gün ondan əl çəkmirlər ki, bura bax, bura şairlər məclisidir, zəhmət olmasa, bir şeir sən oxu qulaq asaq. Yaman yerdə axşamlayan Miri özünü toplayıb deyir:

Məclisi aləm yığılıb öz Mirisi ilə...

Şairlik istedadı olmayan yazıq Miri bu misranı bir neçə dəfə təkrar eləsə , arxası gəlmir. Axırda Seyid Əzim üzünü istedadsız qohumuna tutub deyir:

Miri bir qələt eləyib həm ölüsü, həm dirisi ilə.

28.11.2003

 

İTMİŞ AD

Qəmər arvad üç gün idi ki, həyətdə vurnuxurdu. Açıb-bükmək istəmədiyi qəribə, gözlənilməz bir işə düşmüşdüqəflətən adı yadından çıxmışdı. az, çox, üç gün idi ki, adını axtarırdı. Adı, deyəsən, ondan küsmüşdü, qeybə çəkilmişdi, gördüm deyən yox idi. Tərslikdən, qarşısına çıxan qonum-qonşu da ona adı ilə müraciət etmirdi. Evdə eləcə. Oğluana”, gəlinixaladeyirdi. Yazıq qadın beləcə yaddaşını ələk-vələk eləyir, ancaq adı heç cür yadına düşmürdü. Rəhmətlik ata-anasını, inişil rəhmətə getmiş bazburudlu ərini yadına salırdıhətta toy gecəsini olduğu kimi xatırlayırdı, amma yenə adı yadına düşmürdü.

Get-gedə lap həyəcanlanırdı. Ömrünün bu ahıl çağında adsız yaşamaqdan yamanca qorxurdu. Utanırdı, daha doğrusu, şəninə sığışdırmırdı gəlinindən, oğlundan soruşsun: – Bala, mənim adım nədi? Yoxsa Allah ağlımı başımdan alıb?

Hərdən anasının sözləri yadına düşərdi. İş-güc əlindən macal tapmayan anası deyərdi ki, vallah başım elə qarışıb, adım yadımdan çıxıb.

Qəmər arvadın ad axtarışı bir həftə çəkdi. Bazar axşamı adını tapmaq ümidilə yatağına girib yorğanı başına çəkdi. Çox fikir-xəyal qurdusa da, xeyri olmadı, adı qeybə çəkilmişdi.

Səhər səsə oyandı. Onu çağırırdılar:

Qəmər! Ay Qəmər!

Onun inişil ölən ərinin səsiydi. Amma ahıl səsinin yox, cavanlıq çağının səsiydi. İllərin ardından, toy gecəsindən, gəlin otağından gəlirdi bu səs. Qırx il bundan qabaq zifaf gecəsində qulağına nəğmə kimi axan səs idi: – “Qəmər! Ay Qəmər!”

24.03.2012

  TƏNBƏLLİYİN SON HƏDDİ

Şuşada Xan Şuşinski ilə sanatoriyada bir otaqda qalan cavan bir oğlan bir axşam ustad xanəndəyə deyir:

Xan əmi, özümü öldürmək istəyirəm.

Xan əmi təəccüblə cavan otaq yoldaşına baxır:

Boy... A bala, sənin yaşın var, həyatdan tez doydun, özünü niyə öldürmək istəyirsən?

Oğlan ciddi görkəm alıb deyir:

Xan əmi, axı qədər axşam soyunub, səhər geyinmək olar. Bir gün deyil, iki gün deyil... Gərək ömrün boyu geyinib soyunasan.

Xan əmi gülümsəyib deyir:

Bala, sənin kimi tənbələ rast gəlməmişəm. Özünü tıncıqdırma, ölməkdənsə, geyinib soyunmaq yaxşıdır.

24.03.2012

POMİDOR ALMISAN?

Sovetlər dövründə gənc bir şair dostumuzun ilk kitabı nəşr olunmuşdu. Dostumuz az, çox, düz bir il bu əl boyda şeir kitabının çap olunmasını gözləmişdi. Kitabının ilk nüsxəsini əlinə alanda fərəhi yerə-göyə sığmırdı. O, kitabının ilk nüsxəsini götürüb getdi.

Səhəri gün işə gələndə onu bikef görüb səbəbini soruşdum. Kədər çökmüş gözlərini üzümə dikib:

Ailə qurmaqda yanılmışam, qardaş, – dedi.

Ə, ağlını başına yığ, – dedim, – bu sözdü deyirsən?

Düzünü deyirəm.

Axı olub ki, birdən-birə belə bədgüman olmusan?

Dostum köksünü ötürüb dedi:

Dünən az qala qaça-qaça getdim evə. Zəngi basdım. Qapını yoldaşım açdı. Kitabımı ona göstərib, məni təbrik elə, kitabım çıxıb, dedim. Bəs o, mənə desə yaxşıdı?

  ?

Dedi ki, pomidor almısan? Fərəhim üzümdə dondu. Bayaqdan göylərdə uçurdum, indi elə bil qanadlarımı yolub məni toyuq hininə salıblar.

Mən ona təsəlli verməyə söz tapmırdım. Bir tavan altında fərqli düşüncəli, yad-yabançı ər-arvad yaşayırdı. Mən şair dostuma baxıb düşünürdüm ki, bu xəmir hələ çox su aparacaq.

08.12.2013

 

SÖYÜD AĞACI ƏKƏYDİ

Məmiş özünə münasib bir tapa bilmirdi. Daha doğrusu, işləməyi tərgitmişdi, tənbəllik azarına tutulmuşdu. Doğrudu, tapmaq çətin idi, amma canına cəfa bassaydı, özünü oda-közə vurub qəpik-quruş qazana bilərdi. Onun bu cür vecsizliyi, acizliyi arvadını vaxtaşırı əsəbiləşdirib cin atına mindirirdi. Yazıq qadın ərinin işsizliyinə, qazanc gətirə bilməməsinə birtəhər dözərdi, amma yekəxanalığına dözə bilmirdi. Məmişin evinda urvalıq yox idi, amma könlündən darğalıq keçirdi. Bir görürdün özü kimi ikisin-üçün, sənə, mənə, salıb yanına gətirirdi evə. Şapalaqla üz qızardan yazıq qadın qalırdı mətbəxdə. Məmiş arın-arxayın dostları ilə masa arxasında oturub arvadının süfrə açmasını gözləyirdi. Evin sahibəsi canını dişinə tutub uşaqlarının fərsiz atasını özünə oxşar dostlarının yanında pərt eləmək istəmirdi. Bişirib-düşürüb, süfrə salırdı.

Amma bir gün ərinin gopuna dözə bilmədi, yerindən sıçrayıb bitdi qarşısında:

Ə, bura bax, – dedi, – məni həyatımdan bezdirmə. Dədən sənin kimi fərsiz oğulu əkməkdənsə, kaş bir dənə söyüd ağacı əkəydi, gedib kölgəsində dincələydik.

  03.12.2013

 





23.12.2013    çap et  çap et