525.Az

“Qurdu qəmgin, quşu qərib” (Müsahibə)


 

“Qurdu qəmgin, quşu qərib” <b style="color:red">(Müsahibə)</b>

TAHİR TALIBLI: “Canımda yurdum ağrıyır

Bu günlərdə Tahir Talıblı Azərbaycan RadiosununGəl səhərimproqramındaKitab rəfiadlı rubrikamızın qonağı oldu. Tahir müəllimi rubrikamıza dəvət eləməyimiz yenicə çapdan çıxmışQurdu qəmgin, quşu qəribadlı kitabıyla bağlı idi. Elə müsahibədən dərhal sonra redaksiyamızın ünvanına xüsusənGəl səhərimproqramına zənglər daxil oldu. Söhbətimiz dinləyicilərimizi razı salmışdı. Elə bu səbəbdən həmin söhbəti “525-ci qəzetin oxucularına da təqdim etməyi lazım bildik. Bizim bu xahişimizi müsbət qarşıladığına görə “525-ci qəzetə öz təşəkkürümüzü bildiririk.

   Tahir müəllim öncəliklə xoş gəlmisiniz studiyamıza. Səhərin bu çağında sizi görməyimizə çox şadıq.

 Təşəkkür edirəm, çox sağ olun.

Sizin yenicə çapdan çıxan kitabınızQurdu qəmgin, quşu qəribadlanır. Kitabın ön sözündə belə bir fikir bildirmisiniz: “Bu kitabda yurda dediklərim var, yuxuda gördüklərim ”. Elə özünüzdən eşidək, bu kitabda oxucular ilə qarşılaşacaq?

  Bir daha təşəkkür edirəm-mənə bu kitaba diqqət ayırdığınız üçün, Əfsanə xanım. Qurdu qəmgin, quşu qərib qalan o yurdların ağrısı canımızdan çıxmır. Belə demək caizsə canımda yurdum ağrıyır. Əvvəlki kitablarımdan biri elə belə adlanırdı. “Bizi yurd saxlar”. Bu ad özü hər şeyi deyir, ifadə eləyir. Biz yurda bağlı xalqıq. Biz yurdsuz heç kimik. Bizi adam eləyən yurddu.Yurdsuz cudamıq. Bir alagül qarğışımız da var, deyir: səni görüm yurdda qalma. Ağır qarğışdı. Bu o adama qarğanır ki, ona yurdu etibar eləmək olmaz. “Yurdda qalmabu ulu-ustad, ağbirçək qarğışıdı, böyüyün dinazıdı. Əfəl adam üstündəki töhmətdi. Çox yazıqlar ki, bu töhmətləri götürdük. Təki sonu yaxşı olsun.Dinaz altdan çıxanlardan olaq.

Odur ki, siz deyəni bu kitabda yurda dediklərim var, yuxuda gördüklərim . Elə  yuxuda gördüklərim yurddu. Evimin səmti, həyəti, qapı- pəncərəsidi. Yuxu da bir dünyadı, bəlkə . İnsan ömrünün bir hissəsini yuxuda yaşamırmı? Olacaqların, görəcəklərin çoxu yuxuya gəlir. Hələ onu demirəm ki, qədimdə rammalar ram atardılar, şamanlar yuxu görmək, gələcəyi söyləmək üçün xüsusi yataqlarda yatardılar.

Tez- tez yuxularımda yurdu görürəm. Qərib yuxusunda yurdun görər.Əbəs yerə deməyiblər ki, yuxularda Vətən var.

  Tahir müəllim,şeirlərin birində deyirsiniz ki, yuxuda gördüm ki, şəhərə köçürəm, vahimələndim, evimin hər küncü qınadı məni, hər daşı kərpici qınadı məni. Bu öncəgörməymiş belə?

İndi özümə sirdi. Bu öncəgörmədi, yoxsa tale diktəsidi, olacaqları qabaqlamaqdı. isə.

Atamcan, atamcan, atamcan, atam,

Dünya o dağların ətəyindədi.

Dayanıb beləcə mat qalır adam

Fırlana- fırlana təkərlər üstə

Ömürlər, talelər yedəyindədi.

Şeir  1986- ildə yazılıb. İki il sonra isə...                                

Tahir müəllim, tarixi xatırlatdınız, kitabınızda şeirlər illərlə düzülüb. Başqa bir bölgü yoxdu. Yazırsınız ki, ilk şeirimin iyirmi, yaşlılar isə qırx dörd-qırx beş yaş böyükdü. Bu kitab sizin seçilmiş şeirlər kitabınızdımı?

Yox, təbii ki, heç bu şeirlərdən seçilmiş ab-havası da görünmür (gülür).Sadəcə olaraq xronoloji düzülüb. Heç bunlara şeir deməzdim, bu kitab bir xatirə dəftəri kimidi. Yaşadığım günlər, aylar, illər...

Tahir müəllim, sizə görə poeziya nədir?

Yaradıcılıq ağır prosesdi.  Sözün əsl mənasında yaradıcılıq insandan ikinci bir ömür  istəyir. Kitabın ön səhifəsində deyildiyi kimi bu yazılar bir az vaxtdan, bir az  ev- eşik qayğılarımnan, hardasa bir az balalarımnan oğurladığım, yazındıra bildiyim vaxtdı. Əslində söz həm vaxtdı. Amma bu şeirlər vaxtın sözüdümü? Təbii ki yox. Vaxtın sözünü anası namaz üstə doğulanlar deyə bilər.

Qaldı sualın birinci hissəsi poeziya nədi, şeir nədi, adamnan istəyir? Mənə elə gəlir ki, şeir içindəki sirlərdi. Bu həm Tanrı ilə öz arandakı sirlərdi. Bu sirləri sözə büküb şeir şəklində deyirsən, yəni sirlərini açıb-tökürsən. Təbii ki, elə sirlər var ki, onu deməyə, heç açıb-tökməyə dəyməz. Hansı sirləri açmağı özünə rəva bilirsənsə, onu da söyləyirsən. Məncə poeziya daha çox mühitdi, yəni balığın suda yaşaya biləcəyi qədərindəki mühit. O yerdə ki, orda nəfəs alıb yaşamaq olur, bir sözlə o yerdə ki, həyat var...

Xronoloji ardıcıllıqdan da görünür, ön sözdə deyirsiniz ki, az yazırsınız. Bunun səbəbi nədi?

Çox yazıb da yaxşı yazmaq olar, az yazıb da yaxşı yazmaq olar. Çox ya az əsas məsələ deyil. Əsası odur ki, yaxşı yazasan, yazdıqların bir şeyə oxşaya. Bəli mən çox az yazıram. Düzü ildə 5-6 gəraylı, ya şeir ola-olmaya. Elə illər var ki, taleyinə heç bir şeir düşməyib. Düzü mən yazıda peşəkar deyiləm. Çətin yazıram, üç bəndlik şeiri elə olur ki, iki-üç günə, bəzən daha artıq vaxta başa gətirirəm. Yazı mənim üçün iynəynən gor qazmaq kimi bir işdi; Odur ki, yazılarımda özümə , elə oxucuya da köntöy görünən sözlər olur. Axtarırsan görürsən ki elə bu şeirdə bu söz elə belə olmalıdı. Qaldı ki,alınan şeirlərimdə özümü şair hesab eləmirəm. Mən daha çox sözə gəlməyən şeirlərimdə şairəm. Daha çox düşüncələrimdə şairəm. Yazmayanda daha çox şair oluram.

Şair gərək hər şeirini ölüm ayağının şeri kimi yazsın, son şeiri kimi yazsın. Həm hər şeirini birinci dəfə yazırmış kimi yazsın. Düzü peşəkarlığı vərdiş hesab eləyirəm. Vərdişə isə ümid olub qəlp mal da buraxmaq olur. Amma mən o fikirdə deyiləm ki, mənim şeirlərim ölüm ayağında yazılanlardı-yox.

Bir sözümüz, yəni misalımız da belədisağlam bədəndə sağlam ruh olar”. Tahir müəllim, həmişəmi sağlam bədəndə sağlam ruh olur?

Bu da açımı olan sözdü. O demək deyil ki, fiziki qüsuru olan bədəndə ruh da qüsurludu, sağlam deyil. Ola bilsin ki, insan fil kimidi( sözsağlamlığıifadə edir) amma ruhu xəstəhaldı. yaxud əksinə, sufilərin təbirincə desək, insan nəfsinə hakim deyilsə, yəni yediyinə, içdiyinə, tutduqlarına nəzarəti itirirsə, bədən sağlamlığını itirir. Bir sözlə haram, bədən sağlamlığının qənimidi. Əbəs deyil ki, ruhani təsəvvürdə haram, ərəbcə desək, məkrufdu. Belədə ruhun sağlamlığından danışmaq əbəsdi. Əslində, millət yeyirsə, necə yeyirsə elə özü odu, ruhu da...

Şeirlərinizin birində belə bir misra var-“Söznən oynayıram mən binəva da”. Söznən oynamaq nədi?

Söznən oynamaq əzrayılla çiling-ağac oynamaqdı. Ən kəsəsi belədi. Bir ki, çox gözlər bozardıb söz-söz olunca. Bilirsinizmi, çoxumuz sözə ağzı isti yerə gələn kimi gəlmişik, yəni aldanışa gəlmişik. Bir o var ki, söz haqdı. Söz Tanrı ətəklərinə çatandı. Söz Tanrı didarın görüb. Ulu, böyük kitablarda deyildiyi kimi. Söz haqq yoludu. Doğuluşdan ölənə kimi gedilən yoldu. O yoldu ki, gedə- gedə səni Haqqa çatdırar. Bu yol həm ağır mərhumiyyətlərlə müşayiət olunur.

Belə misralarınız  da varElə ki qorxun qurtarır, ölüm xoşuna gəlir

Ölüm sufilərin dərkidi həm , özünü ətrafını, eləcə Allahını dərk eləməkdi. Ola bilsin ki, ölüm Allahın adlarından biridi. “Ölüm haqdı çıxmaq olmaz əmirdən”. Ölümü haqq bilən xalqlar, ölümü haqq bilən fərdlər bilər ölümün ölümsüzlüyün olduğunu.

Gənclərimiz haqda düşüncələriniz necədi?

Elə, Azərbaycan Radiosuna son vaxtlar qədər istedadlı gənclər gəlib. Siz özünüz çox yaxşı nümunə ola bilərsiniz. Şeirdə çox istedadlı gənclər görünür. Əlimə düşən kitablarını oxuyuram.Tanıdıqlarımdan ad da çəkə bilərəm. Bir- iki il öncə Aysel Əlizadənin yazılarını oxudum. Çox fəlsəfi, həyati düşüncə sahibidi. Son vaxtlar Fərid Hüseynin esselərini şeirlərini oxudum. Tamam başqa bir qapıdan sözə daxil olduğumu hiss elədim. Hər təzə söz milli ucalığımızdı. Düzü o gəncləri oxuyandan sonra bu kitabı çap etdirmək fikrimdən vaz keçmək istədim. Açığı yazılarımın acısı qarışıq bir qədər utanc hissi məni bürüdü. Kitabın çox işi görülsə işi saxlamaq istədim. Ancaq oğlum Savalanın təkidiylə kitab işıq üzü gördü. Düzü, onun da xətrinə dəymək istəmədim. Amma xətrə dəyməyi bacaran adamam (gülür).

  Tahir müəllim, bəs sözü yalana bükmək mümkündürmü?

Söz yalana büküləndə ayağın altda yerin qaçır, başın üstdən göyün... Unutmaq olmaz ki, Allahın adlarından biri sözdü.

Su kimi torpağa hopduq

Atadan, anadan qopduq

Bu dünyada nədən qorxduq

Sözdən, Allahdan savayı

Hər  gün günü-günə çəkdik

Çəkəmmədik yenə çəkdik

Dərdin önündə çəkdik?

çəkdik ahdan savayı

Beləcə ömrü bitirdik

Əmri yerinə yetirdik

Gəldik, gördük gördük

Quru günahdan savayı.

                       

Vücudnamə adlandırdığınız bu kiçik gəraylı da mətləblər üstədi. Söz çox böyük mətləblərin açarıdı, həm . Tahir müəllim, əgər insan səhvlərini təkrarlamasa xoşbəxt ola bilərmi? Bu sualı da şeirinizdən çıxarış kimi deyirəm.

Təbii ki, olar. Amma mən səhvlərimnən xoşbəxtlik düzəltməyi sevmirəm, mən səhvlərimnən ibarətəm. Necə ki, Nazim Hikmət deyirdi: “Ümid həsrətdən ibarət ben”. Xoşbəxtlik özü nisbi şərti anlamdı.

, hörmətli oxucular, Tahir müəllimlə ediləsi söhbətimin çoxusu qalır. “Qurdu qəmgin, quşu qəribadlı kitabı vərəqlədikcə çox mətləblərdən agah olursan. Sirr sandığında isə açıb-töküləsilər çoxdu.

Gedəmmirəm, gələmmirəm, ay Allah,
uğurunda öləmmirəm ay Allah,
Gennənsə görəmmirəm ay Allah,
Mən qədər yuxularda
yurd görüm?!

Şair bir özü demiş, canında ağrıyan bu yurd ağrısını belə təsnifləyir: “O yurdların, o insanların ağrısından,   qəribliyindən daha çox, o qurdların, o quşların qəribliyi qəmginliyi məni daha çox yandırır”.

Elə ən ağırı da budu.    

    Tahir müəllim, bu söhbət üçün sağ olun.

Siz sağ olun, bir daha sualları şeirlərdən alaraq verdiyiniz üçün.

Sağ olun.

 Əfsanə NƏCƏFOVA

 





23.12.2013    çap et  çap et