525.Az

KİVDF-nin yazı müsabiqəsində yeniliklər


 

MÜSABİQƏDƏ İLK DƏFƏ OLARAQ TELERADİO İŞÇİLƏRİ DƏ İŞTİRAK EDƏ BİLƏCƏK, RUS VƏ İNGİLİS DİLİNDƏ YAZILAR DA QƏBUL OLUNACAQ

KİVDF-nin yazı müsabiqəsində yeniliklər<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Milli Mətbuatın 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsini elan edib.

Müsabiqə Azərbaycan dilində 13 nominasiya üzrə keçiriləcək.

Bu nominasiyalardan biri üzrə isə ilk dəfə olaraq rus və ingilis dillərində də yazılar təqdim etmək mümkün olacaq.

Budəfəki müsabiqədə daha bir yenilik isə odur ki, dövri mətbu nəşrlər və informasiya agentlikləri ilə yanaşı teleradio proqramlarında, internet informasiya ehtiyatlarında, kinoxronika proqramlarında çalışan əməkdaşlar da yazı təqdim edə biləcəklər.

Qeyd edək ki, 13 mövzunun hər biri üzrə 3 əsas mükafatçı müəyyən ediləcək. Birinci yer 1000, ikinci yer 700, üçüncü yer 500 məbləğində mükafatlandırılacaq.

Müsabiqənin şərtləri ilə ətraflı bu linkdə tanış olmaq olar: http://kivdf.gov.az/news/events/494.html

 





23.06.2020    çap et  çap et