525.Az

Türkiyədə yumşalma tədbirləri COVID-19-a yoluxanların artmasına səbəb olub


 

Türkiyədə yumşalma tədbirləri COVID-19-a yoluxanların artmasına səbəb olub<b style="color:red"></b>

Türkiyənin Karabük vilayətinin ən böyük yaşayış yeri olan Cumayanı bölgəsi pandemiya dövrü ərzində ikinci dəfə karantinə alınıb.

AZƏRTAC xəbər verir ki, COVID-19-a yoluxma hallarının yenidən artması səbəbindən bölgəyə giriş-çıxışlar qadağan olunub.

Ümumi əhali sayı beş min nəfər olan bölgədə mindən çox yoluxma faktı qeydə alınıb. Ölkədə yumşalma tədbirlərinin başladığı son bir ay ərzində bu bölgədə COVID-19-a yoluxanların sayının dəfələrlə artdığı müşahidə olunub.

Xatırladaq ki, bu həftəsonu Türkiyə ərazisində növbəti dəfə komendant saatının elan ediləcəyi gözlənilir.

 





24.06.2020    çap et  çap et