525.Az

Avstraliyalılar COVID-19-un ikinci dalğasını gözləyirlər


 

Avstraliyalılar COVID-19-un ikinci dalğasını gözləyirlər<b style="color:red"></b>

Avstraliyanın Baş Naziri Skott Morrison hesab edir ki, əgər dövlətlər qadağaları aradan qaldırsalar yoluxma sayında artım davam edəcək

 

“Guardian” qəzetinin avstraliyalılar arasında keçirdiyi sorğunun nəticələrinə görə, onlar COVID-19 pandemiyasının ikinci dalğasını gözləyirlər. Sorğu iştirakçılarının yalnız 13 faizi bu ehtimalın olmayacağına inandığını bildirib.

Sorğuya əsasən, avstraliyalılar normal həyata tezliklə qayıdacaqlarına inanmırlar. Onların işsizlik barədə də rəyləri ürəkaçan deyil. Respondentlərin 70 faiz işsizliklə bağlı vəziyyətin düzəlməsi üçün bir il vaxt lazım olacağı qənaətindədir. Avstraliyanın Statistika Bürosu aprel-may aylarında 227 min insanın iş yerlərini itirdiyi barədə məlumat yayıb.

Qəzet yazır ki, COVID-19 xəstələrinin sayında artım Viktoriya ştatında tətbiq edilən fövqəladə halın yenidən və ən azı 4 həftə uzadılmasına səbəb olub. Baş Nazir qeyd edib ki, əgər dövlətlər qadağaları aradan qaldırsalar yoluxma sayında artım davam edəcək.

 





24.06.2020    çap et  çap et