525.Az

AYB erməni filmi ilə bağlı Kann Festivalına etirazını bildirdi


 

AYB erməni filmi ilə bağlı Kann Festivalına etirazını bildirdi<b style="color:red"></b>

Xəbər verildiyi kimi, Kann Film Festivalının seçim komitəsi 2020-ci il üçün rəsmi proqramını açıqlayıb. 56 filmin daxil edildiyi siyahıda erməni rejissor Nora Martirosyanın “Əgər külək əsərsə” filmi də var. Film Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində çəkilib və bu münaqişədən bəhs edir. Bununla bağlı Azərbaycan Yazıçılar Birliyi (AYB) Kann Festivalının təşkilatçılarına etiraz məktubu göndərib. Məktubun mətnini təqdim edirik.

 

Biz hər zaman qeyd-şərtsiz söz azadlığı və yaradıcılıq sərbəstliyi uğrunda çıxış etmişik. Lakin biz inanırıq ki, hər hansı bir əsər millətlər arasında münaqişələrin dərinləşməsinə səbəb ola bilməz və olmamalıdır. Dərin təəssüf hissi ilə qeyd edirik ki, Nora Martirosyanın “Əgər külək əsərsə” (Si le vent tombe) filminin Kann festivalının proqramına daxil edilməsi xalqlar arasında mövcud olan dostluq münasibətlərinə zərbə vurur. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda çəkilmiş bu film münaqişə haqqında həqiqətləri  tamamilə təhrif edir, separatçılığın təbliğinə və təcavüzünə əsaslanan status kvo-nun möhkəmlənməsinə xidmət edir. Diqqətinizə çatdırırıq ki, beynəlxalq ictimaiyyət, o cümlədən Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və müvafiq olaraq qondarma “Dağlıq Qarabağı” tanımır. Azərbaycan torpaqlarını işğal edən Ermənistan özü belə bu qondarma “qurumu” tanımır. Belə bir filmin festivalın proqramına daxil edilməsi nəinki xalqlarımız arasında dostluğa vurulan zərbədir, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə, Fransanın ənənəvi siyasətinə ziddi. Biz, Kann festivalı kimi mötəbər bir tribundan Ermənistanın işğalçı siyasətinə dəstək üçün istifadə edilməsinə qəti etiramızı bildiririk.

 

 





25.06.2020    çap et  çap et