525.Az

Sabir adına kitabxananın karikatura müsabiqəsi yekunlaşıb


 

Sabir adına kitabxananın karikatura müsabiqəsi yekunlaşıb<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına şəhər kütləvi kitabxanası 35 illik yubileyi münasibətilə elan etdiyi karikatura müsabiqəsi başa çatıb.

İdarədən bildirilib ki, kitabxananın adını daşıdığı şairin satiralarına çəkilmiş karikatura yarışının qalibləri elan olunub.

Mirzə Ələkbər Sabirin doğum günündə - 30 may tarixində başlayan müsabiqəyə rəsmlər iyunun 18-dək onlayn formada qəbul edilib.

İştirakçılar əl işlərinin fotolarını çəkərək kitabxananın elektron poçt və sosial media hesablarına göndəriblər. Hər bir iştirakçının çəkdiyi karikatura kitabxananın "Facebook" və "Instagram" səhifələrindən paylaşılıb. İzləyicilər öz maraqlarını bildirib, fikirlərini yazıblar.

Kitabxananın rəsm müəllimi yayımlanan nümunələr arasında qiymətləndirmə aparıb və qaliblər seçilib. I yerə Nuriyyə Təhməzova, II yerə Gülya Əhmədova, III yerə isə iki iştirakçı Leyla İsmayıllı və Mədinə Təhməzova layiq görülüblər. Qaliblərə diplom, qalan iştirakçılara isə fəxri fərman təqdim olunacaq.

Müsabiqəyə paytaxtla yanaşı, başqa şəhərlərdən qoşulan iştirakçılara fəxri fərmanlar onlayn çatdırılacaq.

M.Ə.Sabir adına şəhər kütləvi kitabxananın 35 illik yubileyi münasibətilə tədbirlər planında ilboyu müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılıb. Pandemiya ilə əlaqədar olaraq bu tədbirlərin bəziləri onlayn şəkildə gerçəkləşdirilir.

 





25.06.2020    çap et  çap et