525.Az

Azərbaycanlı fleytaçı musiqi bayramı münasibətilə onlayn konsert verib


 

Azərbaycanlı fleytaçı musiqi bayramı münasibətilə onlayn konsert verib <b style="color:red"></b>

Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə musiqi bayramı çərçivəsində Azərbaycan xalq mahnılarından, eləcə də klassik musiqilərdən ibarət onlayn konsert olub.

AZƏRTAC xəbər verir ki, Parisdə təhsil alan Ağarəhim Quliyev fleytada xalq mahnılarımız və klassik musiqi nümunələrini ifa edib.

Onlayn yayımlanan konsert proqramı musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb.

A.Quliyev Azərbaycan "Laçın", "Küçələrə su səpmişəm" mahnılarını, eləcə də Qabriyel Fore, Sergey Rahmaninov, Klod Döbüsi, Con Denver kimi bəstəkarların əsərlərini ifa edib.

Qeyd edək ki, Bakı şəhərində musiqiçi ailəsində dünyaya gələn və 9 yaşından fleytada ifa etməyə başlayan Ağarəhim Quliyev L. və M.Rostropoviçlər adına musiqi məktəbində təhsil alıb. A. Quliyev 9 yaşında "İlin kəşfi" mükafatını qazanıb. O, bir çox yerli və beynəlxalq müsabiqələrin qalibi olub. İtaliya Fleytaçılar Akademiyasının prezidenti Salvatore Lombardi onun sənətini ən yüksək mükafatla dəyərləndirib.

Ağarəhim Quliyev Rusiyanın Samara şəhərində Yuri Başmet adına Musiqi Akademiyasında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb və Parisin Ecole Normale De Musique Konservatoriyasında təhsilini davam etdirir.

Kremlin Müqəddəs Georgi zalında polkovnik Orlovun dirijorluğu altında Rusiya Prezidentinin orkestrinin müşayiəti altında solo fleyta ilə çıxış edən ilk azərbaycanlı musiqiçi, UNESCO-nun Parisdəki mənzil-qərargahında Nəsiminin yubiley tədbirləri zamanı solo ifa ilə çıxış edib.

 





25.06.2020    çap et  çap et