525.Az

BDU-nun dosenti koronavirusdan vəfat edib


 

BDU-nun dosenti koronavirusdan vəfat edib<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Nəbiyev Naqif Səftər oğlu vəfat edib.

Bu barədə BDU-nun facebook hesabında bildirilib.

Sosial şəbəkələrdə N.Nəbiyevin koronavirusdan dünyasını dəyişdiyi barədə xəbərlər yayılıb.

Qeyd edək ki, 60 yaşında dünyasını dəyişən N.Nəbiyev 1977-1982-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb, 1986-cı ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb.

2015-ci ildən Fizika üzrə respublika və beynəlxalq fənn olimpiadalar qrupunun rəhbəri olub.

Allah rəhmət eləsin!

 





29.06.2020    çap et  çap et