525.Az

"Vaşinqton Post" Azərbaycan-İran əlaqələri haqqında yazdı


 

"Vaşinqton Post" Azərbaycan-İran əlaqələri haqqında yazdı<b style="color:red"></b>

“The Washington Post”da İran-Azərbaycan münasibətlərinin analizinə həsr olunmuş məqalə dərc edilib.

APA-nın məlumatına görə, məqalədə son vaxtlar Bakıda keçirilən bir sıra tədbirlərə geniş yer verilib.

Məqalənin müəllifi Cobbi Uorrik qeyd edir ki, dünyəvi, Qərbypnümlü siyasət yürüdən Azərbaycan İranda qıcıq doğurur: “Azərbaycan İrana çevrilməmək üçün var gücü ilə çalışır. İran getdikcə daha çox təcrid olunur və iqtisadi yoxsulluq uçurumuna yuvarlanır, onun şimal qonşusu isə Qərblə siyasi və mədəni əlaqələrə, həmçinin enerji resurslarına ehtiyacı olan Avropanı Xəzərdəki zəngin neft-qaz yataqları ilə birləşdirən boru kəmərlərinə söykənərək İranın tam əksi istiqamətində sürətlə hərəkət edir. Əgər İran repressiv və teokratik dövlətdirsə, Azərbaycan sosial və dini baxımdan tolerant ölkədir, bu ölkə müsəlmanların çoxluq təşkil etdiyi, bütün dinlərin bir arada yaşadığı cəmiyyət modeli təqdim edir”.

Məqalədə qeyd olunur ki, Azərbaycan hər şeyə rəğmən İranın məhv etməklə hədələdiyi İsraillə diplomatik və biznes əlaqələrini genişləndirmək siyasəti yürüdür. Məqalədə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzanın fikirlərinə də yer verilib. Sabiq səfir bildirir ki, Azərbaycan getdikcə iqtisadi baxımdan daha da güclənir və Avroatlantika cəmiyyəti ilə əlaqələri gücləndirir və bu, İran rejiminin zəiflədiyi bir vaxtda baş verir.

“İranı qıcıqlandıran bu il Azərbaycanda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsidir, bu hadisə iki ölkənin münasibətlərinə dərhal neqativ təsir edib. Son bir ay ərzində Bakıda Qərb pop-ulduzlarının iştirakı ilə bir neçə konsert keçirilib ki, bu da İranın diqqətindən qaça bilməz.
Azərbaycan məmurları bildirir ki, ölkənin yürütdüyü siyasətin bölgədəki mühafizəkar dövlətlərin siyasəti ilə əks istiqamətdə inkişaf etməsi təsadüfdür, lakin bu əkslik xüsusilə İranla münasibətlərə təsir etməyə bilməz”.

 





15.10.2012    çap et  çap et