525.Az

Sabahdan gələn ilin yanvar semestri üçün qəbul sistemi aktivləşdiriləcək


 

Sabahdan gələn ilin yanvar semestri üçün qəbul sistemi aktivləşdiriləcək<b style="color:red"></b>

“Sentyabrdan başlayaraq, xaricdə təhsillə bağlı qəbul edilən tələbələrin maliyyələşməsi həyata keçiriləcək”.

APA-nın məlumatına görə, bunu “2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda UFAZ-da magistratura proqramının həyata keçirilməsi ilə bağlı keçirilən onlayn mətbuat konfransında Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli bildirib.

Onun sözlərinə görə, bu, yaxın illər ərzində 500-ə yaxın ən yüksək səviyyəli azərbaycanlı tələbənin maliyyələşməsi deməkdir: “İl ərzində iki dəfə qəbul nəzərdə tutulmuşdu. İlk qəbul baş tutdu. 2021-ci ilin yanvar semestri üçün isə sabahdan növbəti qəbul sisteminin aktivləşdirilməsi planlaşdırılır”.

 





01.07.2020    çap et  çap et