525.Az

“AzerGold”un xalis mənfəəti 55% artıb


 

“AzerGold”un xalis mənfəəti 55% artıb<b style="color:red"></b>

“AzerGold” QSC 2019-cu ili 12,5 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub.

525.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 54,8% çoxdur.

Ötən il “AzerGold”un satışdan gəlirləri 86,2 milyon ABŞ dolları (əvvəlki ilə nisbətən 47,6% çox), satışının maya dəyəri 55,7 milyon ABŞ dolları (42,9% çox), dəyərsizləşmə üzrə zərəri 5,7 milyon ABŞ dolları (3,6 dəfə çox), ümumi və inzibati xərcləri 4,9 milyon ABŞ dolları (30,1% çox), maliyyə xərcləri 3,8 milyon ABŞ dolları (8,55% az), digər xərcləri 1 milyon ABŞ dolları (69,6% çox), mənfəət vergisi ödəmələri isə 2,6 milyon ABŞ dolları (38,7% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “AzerGold”un aktivləri 110,2 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 0,5% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 18,6% azalaraq 82,6 milyon ABŞ dollarına, balans kapitalı isə 3 dəfə artaraq 27,6 milyon ABŞ dollarına, o cümlədən nizamnamə kapitalı 5,5 dəfə artaraq 7,2 milyon ABŞ dollarına çatıb.

Xatırladaq ki, "AzerGold" ölkə Prezidentinin 11 fevral 2015-ci il tarixli fərmanı ilə 5 iyul 2016-cı il tarixində yaradılıb. 100% dövlətə məxsus şirkəti İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri təmsil edir.

"AzerGold"un fəaliyyət sahələrinə qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi daxildir.

 





01.07.2020    çap et  çap et