525.Az

Putin: "Suriyada sülh naminə birgə çalışacağıq"


 

Putin: "Suriyada sülh naminə birgə çalışacağıq"<b style="color:red"></b>

“İdlib məsələsinə dair 2018-ci il Soçi memorandumunda və əlavə protokolunda nəzərdə tutulan razılaşmaları yerinə yetirmək üçün türkiyəli dostlarımızla çalışmağa davam edirik”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Suriya münaqişəsinə dair Astana prosesinin bu gün keçirilən videokonfransında deyib.

Atəşkəsin tətbiqi ilə İdlib bölgəsində vəziyyətin xeyli sabitləşdiyini dilə gətirən Rusiya lideri hazırkı koronavirus epidemiyası dövründə Suriyada humanitar məcradakı səyləri əlaqələndirməyin daha böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

V.Putinin sözlərinə görə, görüş üçün hazırlanmış birgə bəyanat layihəsində Suriyada gələcək fəaliyyətə dair hər üç ölkənin mövqeləri əks olunur:

“Məsələn, terrorçu qruplarının tam olaraq məhv edilməsi, həmçinin BMT vasitəsilə suriyalılar tərəfindən aparılan sülh prosesinin inkişaf etdirilməsi üçün qarşılıqlı səylər göstərmək nəzərdə tutulur. Rusiya tərəfinin də dəstəklədiyi bu sənəd Suriyada həqiqi möhkəm sülh və sabitliyin bərqərar olması naminə Astana prosesinin zəmanətçiləri kimi Rusiya, İran və Türkiyənin birgə çalışmaq əzmini ifadə edir”.

 





01.07.2020    çap et  çap et