525.Az

Mehriban Əliyeva polis əməkdaşlarını təbrik etdi


 

Mehriban Əliyeva polis əməkdaşlarını təbrik etdi<b style="color:red"></b>

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva polis əməkdaşlarının peşə bayramı münasibətilə təbrik ünvanlayıb.

Bu barədə Mehriban Əliyevanın "Instagram" səhifəsində paylaşım edilib.

Təbrikdə deyilir:

"Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".

 





02.07.2020    çap et  çap et