525.Az

Amerikada 5.5 bal gücündə zəlzələ oldu


 

Amerikada 5.5 bal gücündə zəlzələ oldu<b style="color:red"></b>

Meksikanın cənubundakı Oaxaka sahillərində 5.5 bal gücündə zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə ölkənin  Milli Seysmoloji Xidmətinin "Twitter" səhifəsində məlumat yayılıb.

Bildirilib ki, zəlzələnin episentri Pinotepa-Nasional şəhərindən 22 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

Ölkə paytaxtının bir sıra rayonlarında da zəlzələ hiss olunub, hər hansı fəsadlar qeydə alınmayıb.

Xatırladaq ki, Oaxaka ştatının sahilində iyunun 23-də 7,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların 10 nəfər qurbanı olub, 20 nəfər xəsarət alıb. 2 mindən çox ev, 55 məktəb müxtəlif dərəcəli dağıntılara məruz qalıb.

 





02.07.2020    çap et  çap et