525.Az

Neftin qiyməti 43 dolları ötdü


 

Neftin qiyməti 43 dolları ötdü<b style="color:red"></b>

“Brent” markalı neftin qiyməti artıb.

Modern.az  xəbər verir ki, ABŞ-da neft ehtiyatlarının azalması ilə bağlı xəbərlərdən sonra dünya bazarında neft bahalaşıb.

Məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent” markalı neftin sentyabr fyuçerslərinin bir barelinin qiyməti 2,59% artaraq 43,12 ABŞ dolları təşkil edib.


Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 2,03% artaraq 40,63 ABŞ dolları olub.

 





02.07.2020    çap et  çap et