525.Az

Rəşad Məcidin "Qələmsiz yazılanlar"ı Türkiyə kitabxanalarında


 

Rəşad Məcidin "Qələmsiz yazılanlar"ı Türkiyə kitabxanalarında <b style="color:red"></b>

Türkiyə Mədəniyyət Nazirliyi şair, publisist Rəşad Məcidin Türkiyədə çap olunan "Qələmsiz yazılanlar" kitabını alıb.

Bu barədə "525-ci qəzet"ə kitabın tərcüməçisi, yazar İmdat Avşar məlumat verib:
 
"Bildiyiniz kimi, Türkiyə Mədəniyyət Nazirliyi hər il ciddi nəşriyyatların çap etdiyi kitablardan seçərək alır. Nazirlik ildə iki dəfə həm ədəbiyyata dəstək, həm də nəşriyyatların necə işlədiyini görmək məqsədilə onlardan çap olunan kitabların siyahısını istəyir. Biz Türkiyə Ədəbiyyat Vəqfi olaraq ilk dəfə keçən il siyahı göndərmişdik və nazirlik çox kitablarımızı alıb kitabxanalara paylamışdı. O kitablardan 3-ü Azərbaycan ədəbiyyatına məxsus idi. İndi bu yay dönəmində də bizdən yenidən siyahı istəmişdilər. O siyahıdakı doqquz kitabı yenə alıblar. Azərbaycan ədəbiyyatından Rəşad Məcidin "Qələmsiz yazılanlar", Ulduz Qasımın "Xocalı fəryadı" və Elxan Zalın "Türk. Əsrin türküləri" kitabları da həmin nəşrlər arasındadır. Hər kitabdan nazirlik 200 ədəd alıb. Sevindirici haldır ki, bu kitablar Türkiyənin bütün kitabxanalarında olacaqlar.

Onu da deyim ki, Mədəniyyət Nazirliyi bu işə çox ciddi yanaşır, alacaqları kitabları böyük həssaslıqla seçir. Hər nəşriyyatdan kitab almır, hər kitabı da seçmirlər. Yalnız ciddi əsərlərə üstünlük verirlər.

Əvvəllər Türkiyə Mədəniyyat Nazirliyi tərcümələrin zəifliyinə görə Türk dünyasından kitab almırdı, buna müsbət yanaşmırdı. Amma son iki dönəmdə bəyənib alırlar. Bu vəsiləylə də Azərbaycan ədəbiyyatından iki dəfəyə 6 kitab almış oldular. Sevinirəm ki, Mədəniyyət Nazirliyimizin diqqətini cəlb etməyi bacardıq".

ŞAHANƏ

Kalemsiz Yazılanlar , Reşad Mecid - Fiyatı & Satın Al | idefix

 





04.07.2020    çap et  çap et