525.Az

Azərbaycan və İndoneziya enerji sahəsində memorandum imzalayacaq


 

Azərbaycan və İndoneziya enerji sahəsində memorandum imzalayacaq <b style="color:red"></b>

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və diplomatik fəaliyyəti başa çatan İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bey Fananie arasında video-konfrans formatında görüş keçirilib.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Görüşdə, həmçinin, Azərbaycan və İndoneziyanın enerji sahəsində əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərinə dair müzakirələr aparılıb. SOCAR ilə "Pertamina" şirkəti arasında investisiya və neft-qaz yataqlarının inkişafı üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Natavan ABDULLAYEVA

 





04.07.2020    çap et  çap et