525.Az

Dizayn ixtisasında təhsil almaq istəyənlərə UNEC-dən yeni fürsətlər


 

Dizayn ixtisasında təhsil almaq istəyənlərə UNEC-dən yeni fürsətlər<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dizayn ixtisasına qəbulda yenilik tətbiq olunacaq.

UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib ki, yeni qaydalara əsasən, 2020/2021-ci tədris ili üzrə UNEC-in "Dizayn" ixtisasını seçən abituriyentlər qabiliyyət imtahanı verməyəcəklər. Həmin ixtisasa qəbul 11-ci sinif üzrə buraxılış imtahanlarının  nəticələrinə əsasən aparılacaq.

UNEC-in "Dizayn" ixtisasına qəbul olunan abituriyentlər üçün daha fürsət isə modern memarlıq elementləri ilə zəngin olan yeni kampusda təhsil almaq imkanıdır. Yeni tədris binasında müasir standartlara cavab verən auditoriyalar, mühazirə otaqları, laboratoriyalar, yeməkxana, idman zalı, kitabxana, böyük və kiçik konfrans zalları bu ildən tələbələrin istifadəsinə veriləcək.

Sevinc QARAYEVA

 





04.07.2020    çap et  çap et