525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

6 iyul üçün gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata görə 6 iyulda Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-25,  gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 35-37 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

6 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu  düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz  23-28 dərəcə  isti olacaq. 

Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında iyulun 6-7-də gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 





05.07.2020    çap et  çap et