525.Az

Daha 523 nəfərdə COVID-19 aşkarlanıb, 9 nəfər vəfat edib


 

Daha 523 nəfərdə COVID-19 aşkarlanıb, <b style="color:red"> 9 nəfər vəfat edib</b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 523 yeni yoluxma faktı qeydə alınıb, 452 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 20324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib, 8332 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6722, ötən müddət ərzində isə ümumilikdə 516533 test aparılıb.

 





05.07.2020    çap et  çap et