525.Az

Daha 513 nəfər koronavirusa yoluxub: 440 sağalan, 8 ölən var


 

Daha 513 nəfər koronavirusa yoluxub: <b style="color:red">440 sağalan, 8 ölən var</b>

Azərbaycanda 513 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 20.837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12.182 nəfər müalicə olunaraq sağalıb, 258 nəfər vəfat edib, 8397 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6240, ötən müddət ərzində isə ümumilikdə 522.773 test aparılıb.

 





06.07.2020    çap et  çap et