525.Az

Paytaxtda xidmətdə olan hərbi qulluqçuya hörmətsizlik edən şəxs saxlanıldı


 

Paytaxtda xidmətdə olan hərbi qulluqçuya hörmətsizlik edən şəxs saxlanıldı<b style="color:red"></b>

Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs müəyyən olunaraq saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə dəvət olunaraq, onun barəsində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq onun əməlinə hüquqi qiymət veriləcək.

 

 





06.07.2020    çap et  çap et