525.Az

Bakının bəzi yerlərində hiss olunan qoxunun Böyük Şor gölündən yayıldığı ehtimal edilir


 

Bakının bəzi yerlərində hiss olunan qoxunun Böyük Şor gölündən yayıldığı ehtimal edilir <b style="color:red"></b>

“Bakı şəhərinin Nərimanov və Binəqədi  rayonlarında ətrafa kəskin  iy-qoxunun yayılması ilə bağlı  ETSN-in mütəxəssisləri tərəfindən araşdırma aparılıb. İy-qoxunun son günlər müşahidə edilən  yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən  kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir”.

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

O qeyd edib ki, mütəxəssislərimiz tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb: “Sabah bu barədə daha dəqiq məlumat veriləcək”.

 





06.07.2020    çap et  çap et