525.Az

Qəbul imtahanları başladı


 

Qəbul imtahanları başladı<b style="color:red"></b>

Bu gündən etibarən 2012-2013-cü tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi təşkilat və müəssisələrində fəlsəfə doktoru hazırlığı üzrə ixtisas fənnindən doktoranturaya qəbul imtahanları başlayıb.

AMEA-dan 525.az-a verilən məlumata görə, bu il fəlsəfə doktoru proqramı üzrə doktoranturanın 288 plan yerinə 354 nəfər sənəd verib. Onlardan 158 əyani plan yerinə 170, 130 qiyabi plan yerinə 184 nəfər sənəd verib. Sənəd verənlərin 5 nəfəri xarici ölkə vətəndaşıdır ki, onlardan biri Türkiyə, ikisi İran, biri Liviya, biri Qırğızıstan vətəndaşlarıdır.

Qeyd edək ki, doktoranturaya ixtisas fənlərindən qəbul imtahanları oktyabrın 15, 16, 17-də, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu üzrə isə oktyabrın 18-də keçiriləcək.

S.QARAYEVA

 





15.10.2012    çap et  çap et