525.Az

Hərbi Prokurorluğun şöbələrinə yeni rəislər təyin olundu


 

Hərbi Prokurorluğun şöbələrinə yeni rəislər təyin olundu<b style="color:red"></b>

Respublika Hərbi Prokurorluğunda yeni təyinatlar olub.

Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Rövşən Əfəndiyev Respublika Hərbi Prokurorluğunun Təşkilat və icraya  nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə Hərbi Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Nihad Şıxəliyev isə sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.


 

 





08.07.2020    çap et  çap et