525.Az

Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı oldu


 

Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı oldu<b style="color:red"></b>

Milli Məclisin sədri Sahibə Qafarova və iyulun 7-də yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilən Mustafa Şentop arasında bu gün telefon danışığı olub.

APA-nın məlumatına görə, Sahibə Qafarova bu barədə “Facebook” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Qardaş ölkənin Spikerinə fəaliyyətində davamlı uğurlar arzuladım. Telefon danışığımızda ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün yorulmadan çalışmaq niyyəti və əzmimizi bir daha ifadə etdik”.

 





08.07.2020    çap et  çap et