525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

10 iyulda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, 10 iyulda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26,  gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək,  nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.  

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada  23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq. 

10 iyulda Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 22-27, gündüz  32-37, dağlarda gecə 11-16, gündüz  19-24 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoz

İyulun 10-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 





09.07.2020    çap et  çap et