525.Az

AAYDA-nın vəzifələri azaldıldı - Fərman


 

AAYDA-nın vəzifələri azaldıldı - <b style="color:red"> Fərman</b>

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hüquq və vəzifələri azaldılıb.

Bu, Prezident İlham Əliyev tərəfindən bu gün imzalanan fərmanla "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanına edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən,  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanılması, qorunması, cari, orta və əsaslı təmiri, yenidən qurulması işlərinin yerinə yetirilməsi üçün lisenziya tələb olunduqda, həmin işləri lisenziya alınmadan yerinə yetirməsi vəzifəsi ləğv edilib.

 





09.07.2020    çap et  çap et