525.Az

Mərkəzi Gömrük Hospitalı həkim vakansiyası elan etdi


 

Mərkəzi Gömrük Hospitalı  həkim vakansiyası elan etdi<b style="color:red"></b>

COVID-19 İnfeksiyasına yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olan DGK TXİ-nin Mərkəzi Hospitalı vakant yerlər elan edib.

APA-nın məlumatına görə, vakansiyalar aşağıdakılardır:

Vakansiya:

Həkim

Vakansiya tələbləri:

- Ali tibb təhsili;

- Səhiyyə Nazirliyinin sertifikasiyası

- Tibb sahəsində minimum 1 il iş təcrübəsi.

Vəzifə öhdəlikləri:

- Klinik müşahidə və müayinə, anamnez toplanması və klinik-laborator tədqiqatların məlumatlarına əsasən müstəqil surətdə diaqnoz müəyyənləşdirmək;

- Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını müəyyən etmək;

- Pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator diaqnostika metodlarını təyin etmək;

- Diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq;

- Zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimləri cəlb etmək;

- Tibbi yardım göstərilməsinin bütün mərhələlərində pasiyent üzərində müşahidəni həyata keçirmək;

- Müalicə-diaqnostik prosesin təkmilləşdirilməsi, özünün əmək fəaliyyətinin təşkilinin və şərtlərin yaxşılaşdırırlması üzrə rəhbərliyə təkliflər vermək;

- Öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət etmək, tabelikdə olanların həvəsləndirilməsi və tənbeh edilməsi üzrə rəhbərliyə təkliflər vermək;

Vakansiya:

Tibb bacısı (qardaşı)

Vakansiya tələbləri:

- Orta tibbi təhsil (tibb bacısı, mama, feldşer)

- Səhiyyə Nazirliyinin sertifikasiyası

- Tibb sahəsində minimum 3 il iş təcrübəsi.

Vəzifə öhdəlikləri:

- Həkiməqədər tibbi yardım göstərmək.

- Laboratoriya tədqiqatları üçün bioloji materialların götürülməsini həyata keçirmək.

- Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək.

- Ambulator və stasionar şəraitlərdə müalicə-diaqnostik manipulyasiyalar və kiçik əməliyyatlar aparılmasında həkimə assistentlik etmək.

- Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara, həkimin ambulator qəbuluna hazırlanmasını aparmaq.

- Həkim təyinatının yerinə yetirilməsini təmin etmək.

- Dərman vasitələrinin qeydiyyatını, saxlanılmasını, istifadəsini həyat keçirmək.

- Kiçik tibb heyətinin fəaliyyətinə rəhbərlik etmək.

- Tibbi tullantıların toplanılması və istifadə edilməsini həyata keçirmək.

- Sanitariya-gigiyenik rejim, aseptika və antiseptika qaydalarına, alət və materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların xəstəxanadaxil infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirləri həyata keçirmək.

Vakansiya:

Kiçik tibb işçisi

Vəzifə öhdəlikləri:

- Tibb bacısının rəhbərliyi altında xəstələrə qulluq etmək.

- Xəstələrin və otaqların təmiz saxlanılmasını təmin etmək.

- Xəstələrə qulluq, əşyalarının istifadəsi və saxlanılmasının düzgünlüyünü izləmək.

- Xəstələrin döşək ağlarının və alt geyimlərinin dəyişdirilməsini həyata keçirmək.

- Ağır xəstələrin daşınmasında iştirak etmək.

- Müəssisədə sanitar normalara uyğun olaraq otaqların yığışdırılmasını həyata keçirmək.

Vakansiya:

Xadimə

Vəzifə öhdəlikləri:

- Otaqları, dəhlizləri, pilləkənləri yığışdırmaq.

- Mebelin, xalça materiallarının tozunu təmizləmək; divarları, döşəmələri, pilləkənləri, pəncərələri əl ilə və ya maşın və aparatların köməyi ilə süpürmək və yumaq.

- Zibil və tullantıları yığmaq və müəyyən olunmuş yerə çatdırmaq.

- Duş, qarderob və digər ümumi istifadə yerlərində təmizlik və dezinfeksiya işlərini aparmaq.

- Yuyucu və dezinfeksiyaedici məhlulları hazırlamaq.

- Yığışdırılan yerlərdə sanitariya və gigiyena qaydalarına riayət etmək.

Vakansiya:

Porter

Vəzifə öhdəlikləri:

- Zibil və tullantıları yığmaq və müəyyən olunmuş yerə çatdırmaq.

- Yığışdırılan yerlərdə sanitariya və gigiyena qaydalarına riayət etmək.

- Ağır xəstələrin daşınmasında iştirak etmək.

- Döşəmələri, pilləkənləri, pəncərələri aparatların köməyi ilə yumaq.

Maraqlanan namizədlər CV-lərini 10.07.2020-ci il tarixdən [email protected] ünvanına “Covid-19” başlığı ilə göndərə bilərlər.

Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Əmək haqqı barədə müsahibədə məlumat veriləcək.

Qeyd: Pandemiya dövründən asılı olaraq müddətli işə qəbul ediləcək personal COVID-19 infeksiyasına yoluxmuş xəstələrin müalicəsinə cəlb olunacaq.

 





10.07.2020    çap et  çap et